Vidadi Zeynalovun kürəkəni yeni şirkət yaradıb

4
Apr
2024
16:28

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun kürəkəni yeni şirkət yaradıb.

Azreform.infoın məlumatına görə, “By Credo” MMC cari ilin yanvarın 30-da dövlət qeydiyyatına alınıb. 

Şirkətin hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr. ev.143A m.94, nizamnamə kapitalı 20 manatdır.

MMC-nin qanuni təmsilçisi Muradov Nəriman Namiq oğludur. Mətbuatda N.Muradovun V.Zeynalovun kürəkəni olduğu yazılır.

Qeyd edək ki, V.Zeynalov “MTN işi”nə görə həbs edilib, daha sonra isə azadlığa buraxılıb.

Könül
Azreform.info