“Deloitte”in Azərbaycandakı filialı ləğv olunur

2
Apr
2024
14:49

“Deloitte&Touche Regional Consulting Services Limited” şirkətinin Azərbaycandakı filialı ləğv olunur. 

Azreform.info ”ın məlumatına görə, sözügedən şirkətin filialı Azərbaycanda 20 ildən artıq fəaliyyət göstərib.

Bakı şəhəri Yasamal rayonu, Nizami, ev 96 ünvanında qeydiyyatda olan filial Azərbaycanda 10.12.2002 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Kərimov Nuran Qüdrət oğludur.

Qeyd edək ki, “Deloitte” “Big four” adlanan 4 böyük audit şirkətindən biridir və 150-dən çox ölkədə fəaliyyət göstərir.

Könül
Azreform.info