Pensiyaçılar nə qədər əmlak vergisi ödəməlidirlər?

2
Apr
2024
14:42

Məlum olduğu kimi, pensiyaçılar da əmlak vergisi ödəyir, amma bu verginin məbləği nə qədər olmalıdır?

Valyuta.az bu barədə Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazovanın şərhini təqdim edir:

“Vergi Məcəlləsinin 4.15.2-ci maddəsinə əsasən binaların icarəyə, kirayəyə verilməsi habelə, sahibkarlıq və ya konversiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, pensiyaçıların, müddətli hərbi xidmət hərbi qulluqçularının və onlarının ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduğu əmlak vergisinin məbləği 30 manat azaldılır”.