Azərbaycanda bu filmin çəkilməsinə 1 milyon ayrıldı

2
Apr
2024
13:56

Azərbaycan Kino Agentliyi "Borc" tammetrajlı bədii filminin istehsalı üçün hazırlıqlara başlayıb.

Azreform.info ”ın məlumatına görə, filmin çəkilişini "Bakı Media Mərkəzi" MMC həyata keçirəcək.
Agentlik filmin istehsalına 1 milyon manat ayırıb.

Qeyd edək ki, agentlik həmçinin "Ölüm axtaran qadın" tammetrajlı sənədli filminin istehsalı üçün eyni şirkətə 285 min manat ayırıb.

Könül
Azreform.info