Bu ərazidə yeni məktəb tikiləcək

30
Mar
2024
14:42

Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində 960 şagird yerlik tam orta məktəb binası tikiləcək.

Azreform.info xəbər verir ki, bununla bağlı Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC hazırlıqlara başlayıb.

Məktəb binası qazanxana ilə birlikdə tikiləcək və avadanlıqlarla təchiz ediləcək.

Könül
Azreform.info