İmmunitetinizin niyə zəif olduğunun səbəbi – TELEFON...

29
Mar
2024
21:28

Rusiyalı həkim yuxudan əvvəl, yataqda smartfondan istifadənin təkcə beyinə və gözlərə zərərli olmadığını açıqlayıb.

“Medicina” xəbər verir ki, həkim Aleksandr Myasnikov yuxudan əvvəl gadjetlərin istifadəsinin düşünüldüyündən də təhlükəli olduğunu bildirib.

“Mavi işıqla reseptorların qıcıqlanması melatonin -yuxu və beyin üçün vacib hormonun hasilinin pozulmasına səbəb olur. Bu isə qəribə olsa da, immuniteti zəiflədir, infeksiyalara həssaslığı artırır.

Gecə-gündüz smartfonların çox istifadəsi beyin şişi belə yarada bilər.
Məsləhət görərdim ki, danışarkən telefonu çox qulağa yaxın tutmayın, qulaqcıqdan istifadə edin, çünki qulaqcıqdan beyinə şüalanma təsiri azdır.
Xüsusən uşaqları gecələr telefon vərdişindən uzaqlaşdırın.

Uşaq inkişafı üçün melatonin vacibdir”.