Sərnişinlər məcburi 3-cü zolaqda düşürdülür - FOTO

27
Mar
2024
10:28

Səbail rayonu, Azərbaycan prospektində, Sabir bağının ön hissəsində sərnişin avtobusları onlara ayrılmış zolaqla hərəkət edə bilmir. 

Azreform.info ” xəbər verir ki, buna səbəb həmin ərazidə avtomobillər üçün nəzərdə tutulan avtodayanacağın yerləşməsidir.

Belə ki, birinci zolaq mikromobillik vasitələri üçün ayrıldığından parkinqə daxil olmaq istəyən avtomobillər ikinci zolaq – avtobuslar üçün nəzərdə tutulmuş zolaq ilə hərəkət edir. Zolaq zəbt olunduğu üçün avtobuslar sərnişinlərin enib-minməsi üçün üçüncü zolaqda dayanmağa məcbur olur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) problemin həll ediləcəyini bildirsə də, hansı tədbirlərin görüləcəyi açıqlanmayıb.

Könül
Azreform.info