Alimlər ana olmaq üçün ideal yaşı açıqladı: Daha az xəstəlik...

26
Mar
2024
15:56

İndiki vaxtda qadınlar, xüsusən də böyük şəhərlərdə yaşayanlar, iqtisadi şərtlər və karyeraya görə ana olmağı daha gec yaşa qədər təxirə salırlar.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, Macarıstanın Semmelweis Universitetinin alimləri qadınların ana olması üçün ən təhlükəsiz yaş aralığını açıqlayıblar.

Elm adamları 1980-2009-cu illər arasında doğum edən 31 min 128 qadının məlumatlarını ana yaşı ilə körpələrdə genetik olmayan doğuş anomaliyaları arasındakı əlaqə kontekstində araşdırıb.

Doğuş anomaliyalarının ən az rast gəlindiyi 10 yaş aralığını müəyyən etməyə çalışan tədqiqatçılar 23-32 yaş aralığının hamiləlik üçün ideal olduğunu müəyyən ediblər.

Araşdırma həmçinin müəyyən edib ki, ananın yaşı artdıqca daun sindromu, ürək xəstəliyi, dodaq-damaq yarığı kimi xəstəliklərdən əziyyət çəkən körpələrin olma ehtimalı da artır.

Gənc yaşda uşaq dünyaya gətirən anaların körpələrində dodaq və damaq yarığı riski 9%, 32 yaşdan yuxarı hamiləliklərdə isə bu riskin 45% olduğu bildirilib.

Gənc yaşda ana olanların körpələrində anadangəlmə həzm sistemi pozğunluqları riskinin (23-32 yaş aralığı ilə müqayisədə) 23%, 32 yaşından yuxarı qadınların körpələrində isə 15% daha çox olduğu üzə çıxıb.

Araşdırmanın nəticələri “BJOG” elmi jurnalında dərc olunub.