Bitkoin yenidən 71 dolları keçdi

26
Mar
2024
15:35

Kriptovalyutalar yenidən dəyər qazanmağa başlayıb.

Azreform.info xəbər verir ki, aparıcı kriptovalyuta olan bitoinin qiyməti 71 min dolları keçdi. Ardıcıl dörd gün bahalaşmaqda olan bitkoinin dəyəri təqribən 10% artıb və 71 min 350 dollara çatıb.

Dünən isə bitkoin 7%-dən çox dəyər qazanaraq 10 günün ən yüksək səviyyəsinə çatıb.

Qeyd edək ki, bitkoin martın 14-də 73 780 dollara qədər bahalaşaraq rekord qırmış, daha sonra 20% dəyər itirərək 60 min dollar aralığında təklif edilmişdi.

Könül
Azreform.info