Qara nöqtələrdən xilas olmaq üçün evdə hazırlaya biləcəyiniz 4 təbii maska

26
Mar
2024
14:42

Qara nöqtələr bir çox insanın kabusa çevrilib. 

Azreform.info "milliyet" qəzetinə istinadla xəbər verir ki, dəridə heç də xoş olmayan görüntü yaradan bu vəziyyətdən xilas olmaq üçün bir çox üsul tövsiyə olunur. 

Bu xəbərimizdə sizə qara nöqtələrdən xilas edən 4 maska haqqında məlumat verəcəyik.

Bal maskası

Bir qədər balı qaba tökün və bal olan qabı isti su dolu qaba yerləşdirin. İstinin təsirindən ilıqlanan balı qara nöqtələrin üzərinə çəkin. Daha yaxşı nəticə əldə etmək üçün bütün gecə həmin vəziyyətdə yata bilərsiniz. Bal təbii antiseptik olduğundan nöqtələrin içərisindəki bakteriyalardan qurtulmağınıza kömək edəcək.

Limon maskası

Limon suyunun tərkibində alfa-hidroksi, limon turşusu var ki, bu da ölü dərilərdən xilas olmaq üçün istifadə olunur və tıxanmış məsamələri açmaq üçün ideal məhsuldur. Limon suyu həmçinin dəri sağlamlığını yaxşılaşdırmaq üçün kollagen istehsalını stimullaşdıran antioksidan olan C vitamini ilə zəngindir. Bu xüsusiyyətləri ilə bir çox dəriyə qulluq üsullarında istifadə edilən limon qara nöqtələrdə də köməyinizə gəlir.

Yarım limonu sıxın. Limon suyuna pambıq batırın və qara nöqtələrə çəkin. Soyuq su ilə yaxalamazdan əvvəl azı 10 dəqiqə dərinizdə qurumasını gözləyin və ya bir gecədə saxlayın, səhər üzünüzü yuyun. Limon suyu müalicəsi gündə bir dəfə istifadə edilməlidir.

Soda maskası

1 xörək qaşığı sodanı az su ilə məcun halına gələnə qədər qarışdırın. Daha sonra qara nöqtələr olan hissəyə çəkin və 10 dəqiqə gözləyin. Üzünüzü ilıq su ilə durulayın. Bu maskadan həftədə 1-2 dəfə istifadə etdikdə qara nöqtələrdən xilas olduğunuzu görəcəksiniz.

Yulaf-qatıq maskası

1 xörək qaşığı yulaf əzməsi və ya una 1 xörək qaşığı limon suyu,1 çay qaşığı zeytun yağı və qatıq əlavə edərək qarışdırın. Daha sonra barmaqlarınız və ya pambıq vasitəsilə məhlulu üzünüzə çəkin. 20-25 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun.

Billurə