Məşhur avtomobil şirkəti ixtisarlara başlayır

26
Mar
2024
09:49

Hollandiya mərkəzli avtomobil şirkəti “Stellantis” avtomobil sənayesinin qeyri-müəyyənliklər və artan rəqabət təzyiqləri ilə üzləşməyə davam etməsi ilə bağlı olaraq şirkətin səmərəliliyi artırmaq və xərc strukturunu optimallaşdırmaq qərarı verdiyi açıqlanıb. 

Azreform.info xarici mediaya istinadən xəbər verir ki, açıqlamada ABŞ-də mühəndislik, texnologiya və proqram təminatı işçi qüvvəsində təxminən 2% azalmanın təsdiqləndiyi və ixtisarların martın 31-dən etibarən qüvvəyə minəcəyi qeyd edilib.

ABŞ mətbuatında dərc olunan xəbərlərdə ixtisarların 400-ə yaxın əməkdaşı olduğu bildirilir.

Qeyd edək ki, “Stellantis” 2021-ci ilin yanvarında Fransa “Groupe PSA” və İtalya-Amerika “Fiat Chrysler Automobiles” şirkətlərinin birləşməsi ilə yaradılıb və “Ferrari”, “Abarth”, “Alfa Romeo”, “Chrysler”, “Dodge”, “Fiat”, “Jeep”, “Lancia”, “Maserati”, “Opel”, “Peugeot” və s. kimi brendlərin sahibidir.

Könül
Azreform.info