Bir qrup veterandan beynəlxalq təşkilatlara müraciət

25
Mar
2024
15:00

 

Birləşmiş Millətlər Təşkilatına,
Avropa İttifaqına,
Avropa Komissiyasına,
Avropa Parlamentinə,
Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin
diplomatik korpuslarına və beynəlxalq təşkilatlarına


ABŞ və Fransa dövlətlərinin açığ-aşkarənə ikili standardatlarla Ermənistan-Azərbaycan dövlət başçılarının Qarabağ müharibəsini yekunlaşdıran Atəşkəs Sülh Bəyanatının pozulmasına qarşı
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Himayəçilik Şurasının

MÜRACİƏTİ

1988-1993-cü illər ərzində ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 1 miliyondan çox əhali (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir. Bir miliyon azərbaycanlı öz vətənində məcburi köçkün həyatı yaşayır.

Qeyd olunan müddət ərzində 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfərə qədər əlil olmuş, 4853 nəfər isə itkin düşmüş və əsir götürülərək amansız işgəncələrə məruz qalmışlar. Onların  taleyi bu günədək məlum deyil.

Bilavasitə Ermənistan Silahlı Azərbaycana qarşı növbəti hərbi təcavüzünü həyata keçirərək, şəxsən Ermənistanın baş naziri Nikol Paşinyanın tapşırığı əsasında 4 oktyabr 2020-ci il tarixdə Cenevrə konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri, Abşeron və Xızı rayonlarının ərzailəri raket və top mərmilərindən atəşə tutulmuşdur.

27 sentyabr tarixindən bugünədək Ermənistanın hərbi təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olmuş, 148 mülki vətəndaş ağır yaralanmış, ümumilikdə 778 yaşayış evi, 117 mülki obyekt dağıdılaraq mülkü əhaliyə külli miqdarda ziyan vurulmuşdur.

Sizin bu 31 illik səssizliyiniz və laqeydliyiniz Azərbaycan xalğı arasında təkcə heyrətlə qarşılannmır, həmçinin ciddi narazılıq və suallar doğurur? Axı necə ola bilər ki, Sizin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərin tərk etməsi haqqında qəbul etdiyi məlum 4 qətnamələrini 31 ildir ki, yerinə yetirilməsinə və Ermənstan dövləti tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayət hadisələrinə göz yumursunuz? Ancaq, Azərbaycan dövlətinin 31 ildir işğal olmuş ərazilərini teroristlərdən təmizləməyə başladıqda Siz ona qarşı çıxaraq erməni təcavüzkarlarının məkirli siyasətinə dəstək verərək bununla bağlı həmrəylik nümayiş etdirirsiniz.

Məhz Sizin susqunluğunuz və ATƏT-in Minsk qrupunun  faliyətsizliyi Ermənistan dövləti tərəfindən açıq şəkildə yol verilən nifrət cinayətinin coğrafiyasının genişlənməsinə və nəticələrinin daha ağırlaşaraq müharibəyə gətirib çıxartmışdır.

Azərbaycan hər zaman terorçu işğalçıların təxribatları ilə üz-üzə qalıb. Bütün dünya ictimaiyyəti və bütün təşkilatlar bizim ərazi bötüvlüyünü tanıyır. 34 ildir ki, beynəlxalq danışıqlar aparılır lakin bütün danışıqların sonunda Ermənistan yeni təxribatlara əl ataraq bütün prosesi iflic vəziyyətə salır. 

Azərbaycanın işğalçı ölkə olaraq Ermənistan tərəfini insanlığa sığmayan əməllərinə son qoyması ilə bağlı təkidli çağırışlarına baxmayaraq öz çirkin əməllərindən əl çəkmir və beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmaqda davam edirsiz.

Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 mühüm qətnamə və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymaması və bunun müqabilində işğalçı ölkənin cəzasız qalması və sülh danışıqlarının heç bir nəticə verməməsi artıq münaqişəni dialoq müstəvisindən müharibə həddinə keçərək uzun müddətdə mənfur düşmət düşmən əsarətində qalmış torpaqlarımız 2020 –ci ildə başlamış 44 gün ərzində düşməndən azad edilmişdir.

Sülh danışıqları hər iki tərəf üçün məqbul olmalıdır. Bunun üçündə Ermənistan ərazisindən 1988–ci ildə zorla qovulmuş azərbaycanlılara beynəlxaq hüququn və Ermənistan siyasi rəhbərliyinin Azərbaycanlıların Ermənistanda öz ata-baba yurdlarında yaşamaları üçün verdiyi imtiyazlar qədərdə Azərbaycan tərəfi ermənilərə həmin imtiyazları Azərbaycan ərazisində verə bilər.

Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü Ermənistan silahlı qüvələrinin Qarabağ ərazisinə gətirdiyi terorcu döyüşçülərdən təmizləyərək öz ərazi bütovlüyünü bərpa edirik.

Azad edilmiş torpaqlarımızda erməni işqğalçıları tərəfindən vəhşiçəsinə öldürülmüş və quyular qazılaraq kütləvi formada bastırlmış günahsız insanların məzarlarına qiymət vermək əvəzinə, ABŞ və Fransa dövlət başçıları ABŞ və Avropa İttifaqının bayrağı altında açığ-aşkarənə ikili standardatlarla Ermənistan-Azərbaycan dövlət başçılarının 10 noyabr 2020-ci il tarixində imzalanmış ikinci Qarabağ müharibəsini yekunlaşdıran Atəşkəs Sülh Bəyanatına xələl gətirərək, İrkda, Əfqansdanda, Suriyyada, Əfqanstanda və son iki qardaş xiristiyan xalqlarar olan Ukraniyada-Rusiyyada gedən qızğın müharibəni Cənubi Qafqazda başlamağı qarşısına əsas məqsəd qoyaraq işğalçı ermənistan terorçularına havadarlığ edirlər.

Beləki, Fransa dövlətinin erməni seperaçılarına hərbi dəstək vermək məqsədi ilə Fransanin prezidentinin şəsi təklifi və təşəbbüsü ilə 2023-ci il yanvar ayında yaradılmış 138 nəfərdən ibarət missiya iştirakçılarının sayı sonradan 209 nəfərə çatdırılaraq sülh prosesini pozmaqla məşqul olurlar.

Fransa dövlətinin apardığı bu iyrənc siyasətin əsil məqsədi “guya Nato hərbiçilərinin” Ermənistan və Azərbaycan sərhəddində təhhlüsəzlik təminatı adı altında yenidən erməni teroçularını silahlandırmaq, erməni faşiziminin və separatiziminin yenidən Azərbaycanın əzəli-tarixi torpağlarında güclənməsinə xidmət edir.

ABŞ-ın bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbiçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaradması deməkdir.

Biz təcrübəli keçmiş hərbiçilər və müharibə veteranları bütün bu prosesləri və dağıdıcı məqsədlərlə gedən iyrənc siyasətin Azərbaycan dövlətinə qarşı yönəldiyini görürük və qəti şəkildə pisləyirik.

Biz Azərbaycan xalğı olaraq, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycanın Dövlət müstəqilliyi və torpaqlarının bütövlüyünün qorunub saxlamaq uğrundda apardığı daxilii və xarici siyasətini və onun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması üçün verdiyi bütün qərarlarını dəstəkləərək hər zaman Ali Baş Komandanımızla həmyrək olaraq ordumuzun yanındayıq.

Biz Əfqanstan, Qarabağ və Vətən müharibələrini veteranları müharibələrin acı nəticələrini görən vətəndaşlar kimi ümid edirik ki, Siz bizim bu müraciətimizə laqeyd qalmayacaq, ikili satandartlardan və selektiv yanaşmalardan əl çəkərək bu hadisələrə obyektiv və ədalətli qiymət verəcəksiniz.

Sərraf Orucov
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti,
Əfqanstan və Qarabağ müharibələrini veteranı


Bakı şəhəri 25 mart 2024-cü il