Dildəki rəng dəyişiklikləri bu xəstəliklərin göstəricisi ola bilər - SİYAHI

25
Mar
2024
13:07

Dildəki rəng dəyişikliklıri insan orqanizmdəki bir sıra problemlərin göstəricisi ola bilər.

Azreform.info "gloob" a istinadla xəbər bu dəyişikliklərin səbəbini təqdim edir. 

Qəhvəyi rəng: çoxlu çay, kofe, tərkibində müxtəlif turşular olan içki və qidaların qəbulu;

Sarı rəng: həddindən çox siqaret çəkmək, gigiyena problemləri, bakteriyaların böyüməsi;

Bənövşəyi rəng: Qidalanma problemləri, laxtalanma, nəzarətsiz diabet;

Tünd qırmızı: B vitamini çatışmazlığı, skarlatina, allergik reaksiya;

Boz rəng: dad problemləri, pullu dəmrov;

Narıncı rəng: həddindən çox A vitamini, antibiotik müalicəsi, ağız quruluğu;

Yaşıl rəng: bakteriya və ya göbələk infeksiyası;

Mavi rəng: qandakı oksigen miqdarının azalması;

Ağ rəng: həddindən çox alkoqol istifadəsi, QİÇS və ya xərçəng;

Çəhrayı rəng: sağlam dil. 

Billurə Yunus