Göbələyin möcüzəvi təsirləri

24
Mar
2024
20:21

Dietoloq Kara Lidonun sözlərinə görə, göbələklərin tərkibində immunitetin viruslarla daha effektiv mübarizə aparmasına kömək edən maddələr var.

Azreform.info xəbər verir ki, o, bu barədə "Fox News"a danışıb.

Dietoloq immuniteti gücləndirən qidalardan söz açıb. Mütəxəssis qeyd edib ki, göbələklər selenium ehtiva edir.

"Tədqiqatlar göstərib ki, bu mikroelementin çatışmazlığı zamanı immunitet sistemi bədənə daxil olan viruslarla daha pis mübarizə aparır. Bundan əlavə, göbələklərin tərkibində çoxlu riboflavin və niasin (B2 və B3 vitaminləri ) var ki, bu da immun sisteminin fəaliyyətində mühüm rol oynayır. Müxtəlif qida maddələrinin - A, C, E, B, D vitaminləri, selen, sink, dəmir, mis və fol turşusunun çatışmazlığı xəstəliyə qarşı həssaslığı artırır", - deyə o bildirib.

Bundan əlavə, dietoloq immuniteti gücləndirmək üçün kələm, sarımsaq, yulaf sıyığı, göyərti və badam yeməyi məsləhət görüb.

Onun sözlərinə görə, bu məhsulların tərkibinə xəstəliklərlə mübarizə aparan bir çox maddələr daxildir.

Lidon yaşıl və qara çayın da xəstəliklərin qarşısını almağa kömək etdiyini söyləyib. O izah edib ki, bu içkilərin tərkibində immun sistemini gücləndirən L-teaninin yüksək konsentrasiyası var.