Kəklikotunun bilinməyən faydaları - Minbir dərdin dərmanı imiş...

22
Mar
2024
22:42

Dağlıq və dağətəyi rayonlarında yetişən kəklikotunun yaşıl yerüstü hissəsi bitki çiçəkləyəndə və ya ondan əvvəl yığılır.

Yenisabah.az xəbər verir ki, kəklikotunun bir çox faydaları var. Sakitləşdirici təsirə malikdir. İmmuniteti artırır. Soyuqdəyməyə qarşı faydalıdır.

Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. İştahanı yaxşılaşdırır. Həzmə kömək edir. Mədə-bağırsaqları və ciyərləri təmizləyir. Ağciyər xəstəliklərinə qarşı faydalıdır. Bağırsaq qurdlarını salır. Ən yaxşı ağrıkəsicidir. Revmatizmanın müalicəsinə kömək edir. Öskürəyi kəsir. Qripə qarşı faydalıdır. Bəlğəmgətirici təsirə malikdir. Spazmalara qarşı təsirlidir. Diş ağrısını aradan qaldırır. Damaqları möhkəmləndirir. Yaraların sağalmasına kömək edir. Şəkər xəstəliyinə qarşı faydalıdır. Stresa qarşı faydalıdır. Yuxusuzluğu aradan qaldırır. Qan dövranını nizamlayır. Qanazlığını aradan qaldırır. Xərçəngə qarşı faydalıdır.

Faydaları:

 Sakitləşdirici təsirə malikdir

İmmuniteti artırır

Soyuqdəyməyə qarşı faydalıdır

Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur

İştahı artırır 

Həzmə kömək edir

Mədə-bağırsaqları və ciyərləri təmizləyir

Ağciyər xəstəliklərinə qarşı faydalıdır

Bağırsaq qurdlarını salır

Ən yaxşı ağrıkəsicidir

Revmatizmanın müalicəsinə kömək edir

Öskürəyi kəsir

Qripə qarşı faydalıdır

Bəlğəmgətirici təsirə malikdir

Spazmalara qarşı təsirlidir

Diş ağrısını aradan qaldırır

Damaqları möhkəmləndirir

Yaraların sağalmasına kömək edir

Stressə qarşı faydalıdır

Yuxusuzluğu aradan qaldırır

Qan dövranını nizamlayır

Qan azlığını aradan qaldırır

Soyuqdəymənin ən yaxşı dərmanı kəklikotudur. Müalicəvi bitkilərdən olan kəklikotu faydalı xüsusiyyətləri ilə əsl şəfa mənbəyidir. Kəklikotu hələ qədimdən xalq təbabətində əsasən soyuqdəymənin dərmanı kimi işlədilib. Tərlədici, bəlğəmgətirici və antiseptik xassəyə malik olduğu üçün laringit, bronxit, göy öskürək, pnevmaniya kimi xəstəliklərdə, eləcə də boğaz ağrılarında ondan faydalı vasitə kimi istifadə etmək olar.

Kəklikotu dəmləməsi qarqara şəklində ağız boşluğunun və udlağın iltihabı zamanı, eləcə də mədə-bağırsaq xəstəliklərində əhəmiyyətli sayılır.

Onun çiçəklərini çeynəmək diş ağrısına, damaqların möhkəmlənməsinə müsbət təsir edir. Kəklikotu həmçinin iştahı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir. Bu bitkinin həlimi qarında köp və spazmı götürür, bağırsaq qurdlarını tökür. Qan təzyiqi yüksək olanlar da kəklikotundan faydalana bilər.

Kəklikotu dəmləməsi qan dövranını yaxşılaşdırdığı üçün insanda xoş əhval-ruhiyyə yaratmaq, sinir sistemini sakitləşdirməq qabiliyyətinə malikdir.

Dərinin parlaqlığı, eləcə də yaraların sağalması üçün onun məlhəmi çox xeyirlidir. Məsələn, kəklikotu və baldan hazırlanmış məlhəmi zəhərli cücülərin dişlədiyi yerin üstünə çəksəniz, tezliklə kömək edər. Eləcə də gözün qarasına ağ ləkə düşərsə, ora kəklikotu şirəsi damcılatmaq lazımdır.

Amma həkimlər hamilə qadınlara, kəskin böyrək və qaraciyər xəstəliyindən əziyyət çəkənlərə kəklikotundan istifadəni məqsədəuyğun saymır.