Yaponların uzun ömrünün sirri bu meyvədə gizli imiş

21
Mar
2024
07:49

Bəzi tropik meyvələr haqqında çox şey bilməsək də, onların bir çoxu sağlamlıq üçün olduqca faydalıdır.

Medicina.az xəbər verir ki, belə meyvələrdən biri də yaponların uzun ömrünün sirri olan ilan meyvəsidir.
Yaponların uzun ömür qaynağı hesab etdiyi, “Salak” da adlandırılan ilan meyvəsi qonşu ölkə Türkiyədə də yetişdirilir. Cənub-Şərqi Asiyanın ən məşhur meyvələrindən olan ilan meyvəsi son zamanlar bütün dünyada populyarlıq qazanıb. Bu meyvə həm görünüşü, həm də dadı ilə diqqət çəkir.

Yaponlar, demək olar ki, hər gün bu meyvəni istehlak edirlər. Onlar uzun ömür sürməyin sirrinin bu meyvədə gizləndiyinə inanırlar.

İlan meyvəsinin faydalarını təqdim edirik:

Kaliumla zəngindir

Kalium və pektin baxımından zəngindir. Bu da beyin sağlamlığı və inkişafı üçün vacibdir. “Salak” əbəs yerə “yaddaş meyvəsi” kimi tanınmır.

Antioksidant mənbəyidir

Zəngin antioksidant tərkibi sayəsində ürək-damar xəstəliklərindən və bir çox xərçəng növündən qorunmağa kömək edir. Həmçinin insult və menopoz əlamətlərini azaldır.

Lif anbarıdır

Tərkibindəki lif sayəsində həzm sistemini rahatlaşdırır, həzmsizlik, köp kimi problemləri aradan qaldırır.

Ancaq onu da qeyd edək ki, bu meyvəni gündə bir ədəddən artıq yemək olmaz. İlan meyvəsi çox yeyildikdə qəbizliyə səbəb olur.