Bakıda aeroport şosesində hərəkətdə olan nəqliyyat vasitələrindən birinin sürücüsü huşunu itirib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Yayılan kadrlardan görünür ki, sürücülərdən biri ötmə əməliyyatı edərkən digər avtomobil sürücüsünün sükan arxasında huşunu itirdiyini görüb.
Sürücü dərhal onun avtomobilinin qarşısına keçib və avtomobili təhlükəsiz dayandıra bilib.
Daha sonra sürücüyə ilkin yardım göstərildiyi bildirilir.