Paytaxtda fəaliyyət göstərən avtobuslardan birində xoşagəlməz hal yaşanıb.
Azreform.info BAKU.WS-ə istinadən xəbər verir ki, 60 nömrəli avtobus sürücüsü nəqliyyat vasitəsini idarə edərkən yaxınlıqda əyləşən qadın sərnişinə nömrəsini verməyə çalışıb.
Həmin vaxt avtobsuda olan sərnişinlərdən biri sürücünün bu qeyri-etik hərəkətini anbaan görüntüləyib.
Qeyd edilib ki, 99-LR-159 dövlət qeydiyyat nişanlı avtobus Bakıxanov-8-ci mikrorayon-Əhmədli-Koroğlu istiqamətində hərəkət edib.
Video şənbə günü səhər saat 09-00 radələrində çəkillib.
Şikayətçi onu da bildirib ki, bu istiqamətdə hərəkət edən sürücülər sərnişinlər üçün tez-tez belə xoşagəlməz hallara yol verirlər.
Vətəndaşlar bu marşrut xəttindəki avtobusların sürücüləri ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəfələrlə müraciət etdiklərini də qeyd ediblər.