Heydər Əliyev adına Şöhrət muzeyində Əfqanıstan veteranları təltif olundular

17
Mar
2024
18:39

 

16 mart 2024-ci il tarixində, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nərmanov rayon Təşkilatınında yaradılmış Heydər Əliyev adına Şöhrət muzeyində Əfqanıstan və Qarabağ müharibəsinin veteranları ilə görüş keçirilərək müzeylə yaxından tanış oldular.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nərmanov rayon Təşkilatının sədri, Əfqanstan və Qarabağ müharibəsi veteranı. Ehtiyatda olan polkovnik Elşad Şabanov tədbirə başlamazdan əvvəl tədbir iştirakçılarından Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsini və Əfqanıstanda Beynəlmiləlçilik missiyalarını yerinə yetirərkən həlak olmuş döyüşçülərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Tədbir Azərbaycanın dövlət himmi ilə başlanılaraq davam etdi.

Elşad Şabanov Əfqanıstan müharibəsi barədə geniş məlumat verərək bildirib ki, 25 dekabr 1979-cu il tarixindən 15 fevral 1989-cu il tarixinə kimi SSRİ-nin 40-cı ordusu Əfqanıstan ərazisində olub, 10 il müddətində beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyatlar keçirib. İlk hərbi əməliyyat “ALFA”- dəstəsi tərəfindən həyata kemirilmiş“Ştorm-333” (Əfqanıstan rəhbərliyinin qırğınsız–təlfatsız devirmək və sarayı tutmaq) əməliyatı uğurla yerinə yetirilmişdir. Ən böyük əməliyyatlardan biri isə “Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərı mallarını manesiz daşımağa mane olan qruplaşmaları dəf etmək üçün keçirilib. 10 il müddətində SSRİ-nin tərkibində olan keçmiş müttəfiq respublikalardan 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi əməliyatlarda iştirak edib. Bundan əlavə 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxını isə SSRİ DİN-dən xidmət edib! Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər işçi və qulluqçu əmək fəaliyyəti ilə məşqul olublar.

Əfqanıstanda döyüşlərdə və hərbi əməliyatlarda Sovet ordusunun 14453 nəfəri həlak olub, 292 nəfəri itkin düşüb, 5753 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanıb. İtkilər bununla da bitməyib. Əfqanıstandan qayıtdıqdan sonra da 3203 nəfər hərbçi aldıqları yaralar nəticəsində sonralar dünyasını dəyişib.

Məlum Cenevrə razılaşmasına əsasən 40–cı ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanılıb və bu proses 15 fevral 1989-cu ildə başa çatıb.

15 fevral 1989-ci il tarixi, Sovet ordusunun sonuncu əsgərinin Əfqanıstandan çıxması günüdür. Artıq həmin tarixdən 35 il keçir.

Həmin vaxt Əfqanıstandan sovet qoşunlarının tərkibində çıxmış, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti, Əfqanstan və Qarabağ müharibəsi veteranı Sərraf Orucov çıxış edərək qeyd etdi ki, Azərbaycandan 7500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak edib. Onlardan 208 nəfəri hərbi əməliyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. Bundan əlavə 1400 nəfər Azərbaycan vətəndaşı müxtəlif vəzifələrdə mülkü işlərdə xidmət edib.

Xususi ilə qeyd edərək xatırladmaq istəyirəm ki, 2 noyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonara həmrəylik nümayiş edib televiziya vasitəsi ilə xalqa müraciət edərək, Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən vaxt, Əfqanstan döyüşçülərinin 4500 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş doyüşçü kimi Ulu Öndərin çağırışına kütləvi şəkildə səs verib, Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun birinci vitse prezidenti, Qarabağ müharibəsi veteranı, Azərbaycan bayrağı ordenli ehtiyatda olan polkovnik Hikmət Ağayev çıxış edərək xususi ilə vurğladı ki, Əfqanıstan döyüşçülərindən 7 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, onlarla əfqan döyüşçüsü isə müxtəlif döyüş medalları ilə təltif olunublar. Hal-hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycanın Silahlı Qüvvələrində yüksək rütbəli müxtəlif vəzifələrdə xidmət edirlər.

Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azərəbaycanı deyil. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir. Artıq Azərbaycanın Ordusu da 1992-1993-cü illərdəki ordu deyil. Azərbaycanın NATO standartlarına uyğun, qüdrətli ordusu formalaşıb. Əgər birinci Qarabağ savaşında Azərbaycan Ordusunda azsaylı hərbçi mütəxəsislər döyüşürdülərsə, indi onların sayı 10 minlərlədir. Məhs buna görədə Müzzəfər Ali Baş Komandanımız Cənab İlham Əliyevin qətiyyətli iradəsi ilə apardığı xarici siyasət nəticəsində 2020 –ci ildə cəmi 44 gün davam edən döyüşlərdə Qarabağda 30 il yağı düşmənlərimiz tərəfindən işğal altında qalmış torpaqlarımızı azad etddik.

Əfqanıstan Veteranları İctimai Birliyinin Nərmanov rayon şöbəsinin sədri Əfqanıstan və Qarabağ müharibəsi veteranı bəstəkar Aslan Əhmədov çıxış edərək bildirdi ki, Əfqanstan müharibəsi biz əfqan veteranlarını üçün cəsurluq, qorxmazlıq, mərdlik, fədakarlıq və igidlik ali məktəbi olmuşdur. Məhs bu məktəbin sayəsində, Azərbaycanın Əfqanıstan veteranları, Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək təcrübəli keçmiş doyüşçü kimi, Azərbaycanın Milli Ordusunun və Silahlı Qüvvələrinin yaranmasında xususi fəallıq göstərmişlər. Məndə bir bəstəkar olaraq Əfqanıstan müharibəsində, və Döğma Qarabağımızda yağı düşmənlərə qarşı gedən Qarabağ müharibədə Əfqanıstan veteranlarının cəsurluqlarını, qorxmazlıqlarını, mərdliklərini, fədakarlıqlarını və igidliklərinin şahid olaraq nların şərəfinə Əfqan döyüşçüləri mahnısını bəsləyərək onlara ərmaqan etmişəm.

Tədbirdə iştirak edən digər tədbir iştirakçılarından Əfqanstan Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Əfqanstan və Qarabağ müharibəsi veteranı Amil Xankişiyev, Polkovnik Rasim İskəndərov, Mais Əliyev, Teymur Əliyev, çıxış edərək Əfqanıstan və Qarabağ müharibəsi haqqında xatirələrindən danışaraq tədbirin təşkilatçılarına öz təşəkkürlərini bildirdilər.

Tədbirin sonunda Əfqanıstan, Qarabağ müharibəsi veteranlarına, Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində, gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanmasında, şəhid aillərinə, müharibə qazilərinə, veteranlarına göstərdikləri diqqət-qayğıya görə Sovet Ordusunun Əfqanıstandan çıxmasının 35 ilik yubley medalı və müxtəlif orden-medallar təqdim edildi.

Yeri gəlmişkən, hər zaman veteranların yanında olan, onların dostu, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyev də Azərbaycan həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətini, bəşəri cinayətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına, ölkəmizin milli maraqlarının qorunmasına verdiyimiz töhfələrə görə, "Vətən Müdafiəçisi" medalı ilə təltif olundu.