Qubada qız şagirdlər arasında keçirilən 3*3 basketbol növü üzrə turnirə yekun vurulub

17
Mar
2024
13:17

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan Quba şəhər 7 nömrəli tam orta məktəbinin fiziki tərbiyə müəllimi Müşfiq Rəsulov tərəfindən icra olunan “Sağlam məktəbli spartakiadası” qız şagirdlər arasında idman yarışlarının təşkili ” layihəsi çərçivəsində Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbində keçirilən 3*3 basketbol növü üzrə turnirə yekun vurulub.

Quba rayonunun Alekseyevka, Hacıhüseynli kənd tam orta, Zərdabi, Bağbanlı və Qaraçay qəsəbə tam orta, Quba şəhər 2 nömrəli məktəb liseyin, Quba rayonu Birinci Nügədi kənd 1 nömrəli və Quba şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət 8 komandanın iştirak etdiyi turnirin qalibi adını final oyununda Quba şəhər 2 nömrəli məktəb liseyin komandasına 3-0 hesabı ilə qalib gələn Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbinin basketbolçuları qazanıb.

Turnirin bürünc mükafatına isə Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin qızlardan ibarət komandası sahib çıxıb. Onlar bu qarşılaşmada Bağbanlı qəsəbə tam orta məktəbinin komandasına 3-0 hesabı ilə qalib gəliblər.

Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunub.

Mükafatlandırma mərasimində iştirak edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Ramin Mahmudov layihə rəhbəri Müşfiq Rəsulova bu layihənin icra edilməsinə görə təşəkkürünü bildirmiş, bu kimi layihələrin qızların idmana olan marağının artırılmasında, eləcə də onların sağlam formalaşmasında müstəsna əhəmyyəti olduğunu bildirmişdir.

Qeyd edək ki, bü günə qədər layihə çərçivəsində qızlar arasında 3*3 basketbol növü üzrə yanaşı stolüstü tennis və voleybol idman növü üzrə də turnirlər keçirilib. Qeyd olunan yarışlarda Quba rayonunun 16 kənd və 4 şəhər məktəblərinin 7-9-cu siniflərində təhsil alan ümumilikdə 134 nəfər qız şagirdləri iştirak edib.