Vulkana görə şəhər təxliyə olundu

17
Mar
2024
12:56

İslandiyanın Reykyanes yarımadasında dörd ay ərzində dördüncü dəfə vulkan püskürüb.

Azreform.info xəbər verir ki, bu barədə İslandiya Meteorologiya Mərkəzi (IMO) məlumat yayıb. Təbiət hadisəsinə görə Qrindavik şəhərinin sakinləri və turistlər təxliyə edilib.

Qeyd edək dekabr ayında baş verən ilk vulkan püskürməsi nəticəsində 3 ev lavanın altında qalıb.