Moskvaya dron hücumu cəhdi olub

17
Mar
2024
12:49

Moskva vilayətinin Domodedovo şəhər dairəsində paytaxta doğru uçan dronun hücumu dəf edilib.

Azreform.info ” xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqramda bildirib.

“İlkin məlumatlara görə, qalıqların düşdüyü yerdə dağıntı və tələfat yoxdur. Hadisə yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir”, - o, kanalında qeyd edib.

Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. Qurum əlavə edib ki, hücum 10:15 (Bakı vaxtı ilə 11:15) radələrində baş verib.

Həmin gün səhər saatlarında Domodedovoda iki, Ramenski və Stupino şəhər dairələrinin hər birində isə bir dron vurulub.