Ağdaşda baş verən qəza ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

17
Mar
2024
11:28

Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Ağdaşda baş verən qəza ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Azreform.info a bildirilib ki, martın 16-sı saat 22 radələrində Adil Qasımovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan iki “Ford” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

***

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaşdan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan 3 yük maşını toqquşub.

İlkin məlumata görə, 3 nəfər hadisə yerində ölüb, yaralıların olduğu bildirilir.