Zaqatalada partlayış nəticəsində 18 yaşlı gənc öldü

16
Mar
2024
16:56

Zaqatalada 18 yaşlı gəncin qumbara partlaması nəticəsində ölməsi ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Pərzivan kəndi ərazisində baş verib.

Belə ki, Məhəmməd Ömərov və tanışları ilə ərazidə gəzirlərmiş. Bu zaman o, yerdən partlayıcı maddəni tapıb və ehtiyatsız davranıb.

Nəticədə gənc baş nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya aparılsa da, yolda vəfat edib.