Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi zamanı sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, DAF və “KamAZ” markalı yük avtomobilləri toqquşublar.
Xilasedicilər deformasiyaya uğramış “KamAZ” maşınında sıxılmış vəziyyətdə qalan sürücü, 1966-cı il təvəllüdlü Əfqan Böyükkişi oğlu Zeynalovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.