“TikTok” bu ölkədə külli miqdarda cərimələndi

14
Mar
2024
22:49

Çinin “TikTok” sosial şəbəkəsi İtaliyada 10 milyon avro cərimələnib.

Azreform.info ” xəbər verir ki, İtaliyanın Rəqabətə Nəzarət Təşkilatı sosial şəbəkəni paylaşımların məzmununa nəzarət etməməkdə və uşaqların həyatına risk yaratmaqda ittiham edir.

Bildirilir ki, sosial şəbəkədə yayılan məlumatların məzmununa nəzarət qeyri-adekvatdır. Bəzi paylaşımlar uşaqların fizioloji və psixi inkişafına mənfi təsir göstərir.