İran Fransaya yeni səfir təyin etdi

14
Mar
2024
00:56

İran Fransaya yeni səfir təyin edib.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla əlaqədar ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian yeni səfir Məhəmməd Əminnejadı qəbul edib.

Görüşdə Abdullahian İranının dünyanın müxtəlif ölkələri və regionları ilə əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.