Putin: Kiyevlə danışıqlara hazırıq, amma...

13
Mar
2024
17:56

Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarına hazır olduğunu bəyan edib.

Azreform.info xəbər verir ki, o, Ukrayna ilə danaışıqların şərtlərini də açıqlayıb.

Əlavə edib ki, danışıqlar psixotrop dərmanların istifadəsindən sonrakı istəklərə deyil, reallığa əsaslanmalıdır.

"Danışıqlar zamanı, necə deyərlər, cəbhədəki vəziyyətə və oradakı reallıqlara istinad etmək lazımdır.

Digər tərəfdən danışıqlar Kiyevin yenidən silahlanması üçün pauza deyil, bu Rusiya üçün təhlükəsizliyinə zəmanətləri olan ciddi söhbətdir", - Putin qeyd edib.

Mürtəza
Azreform.info