"Xəzri küçəsi 21/H ünvanında yaşayıram. Dünən Corat qəsəbəsinə evimə gedəndə 40 dəqiqə maşından düşmədim. Çünki 20 quduz it dayanmışdı. İnanın ki, maşından düşsəydim, məni parçalayardılar. Bilmirdim nə edim".
Azreform.info Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində deyib. O, aidiyyəti qurumlardan yardım istəyib:
"Tıxacla gedib 11-ə işləmiş Corata çatmışam. Bir saat da maşında gözləmişəm. Aidiyyəti qurumlardan çox xahiş edirəm ki, bir tədbir görsünlər. İki ildir o ərazidə yaşayıram, amma bu qədər iti bir yerdə görməmişdim. Heyvanların qətlinin qəti əleyhinəyəm. Başa düşürəm, bəlkə də acdılar. Bir-ikisi olsa, özünü qorumaq olar. Son zamanlarda da itlərin uşağa hücumunu gördüm, dəhşətli dərəcədə qorxdum".