Rumıniya prezidenti NATO baş katibi olmaq istəyir

13
Mar
2024
06:28

Rumıniya Prezidenti Klaus İohannis NATO-nun Baş katibi vəzifəsinə namizəd olacaq.

Azreform.info xəbər verir ki, İohannis xatırladıb ki, Rumıniya NATO üzvü olduğu iyirmi ildən artıq müddətdə öz öhdəliklərini yerinə yetirmək qabiliyyətini sübut edib və ÜDM-in 2,5%-ni müdafiəyə ayırır.

“Hesab edirəm ki, ölkəmizin Avro-Atlantik liderlik strukturları çərçivəsində daha da böyük məsuliyyət götürməsinin vaxtı çatıb”, - deyə prezident bildirib.