Kömək olmasa, Ukrayna Rusiyanın şərtləri ilə razılaşacaq - MKİ rəhbəri

13
Mar
2024
02:14

ABŞ-nin dəstəyi olmasa, Ukrayna hakimiyyəti bir ildən sonra Rusiyanın şərtləri ilə razılaşmağa və danışıqlara başlamaq məcburiyyətində qalacaq.

Azreform.info xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Robert Börns deyib.

Onun sözlərinə görə, Ukrayna qoşunlarının məğlubiyyətinin nəticələri Vaşinqtonun təkcə Avropada deyil, həm də Hind-Sakit okean regionunda maraqlarına təsir edəcək.