Türkiyə ABŞ-dən onların ekstradisiyasını tələb etdi

12
Mar
2024
23:21

Türkiyə hökuməti ABŞ-dən ölümlə nəticələnən qəza törətdikdən sonra Amerikaya qaçan azyaşlı və onun anasının ekstradisiyasını tələb edib.

Azreform.info ” xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc yerli telekanallara açıqlamasında bildirib.

“Hadisə İstanbulun Eyüpsultan səmtində baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Müəyyən edilib ki, 18 yaşı tamam olmamış sürücü anası ilə birlikdə əvvəlcə Misirə, oradan da ABŞ-yə gediblər və Amerikada gizlənirlər. Cinayət işi başladılıb, diplomatik kanallar və İnterpol vasitəsilə araşdırmalar aparılıb. Ümid edirik ki, ABŞ ekstradisiya tələbimizə müsbət cavab verəcək”, - nazir deyib.

O əlavə edib ki, artıq ABŞ-dən bəzi əlavə sənədlər tələb edən cavab məktubu gəlib.

Bundan başqa, istintaq zamanı bir neçə nəfər, o cümlədən ana və oğlunu hava limanına aparan sürücü saxlanılıb. Qəzaya səbəb olan şəxsin atasının tutulması barədə də qərar var.