Abşeron Rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin keçmiş rəisi Seymur Məmmədovun cinayət işində zərərçəkən qismində tanınan Elmir Şəmiyev dələduzluqda ittiham edilir.
Azreform.info xəbər verir ki, ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Cinayət işi üzrə ibtidai istintaq artıq yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Martın 19-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək.
178.3.2-ci maddədə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Elmir Şəmiyevin cinayət işi üzrə 45 nəfər zərərçəkən qismində tanınıb.
Dəymiş zərərin məbləği barədə dəqiq bilgi yoxdur.