“TikTok” instaqramın analoqunu hazırlayır

12
Mar
2024
20:49

“TikTok” tərtibatçıları fotoların paylaşılması üçün “TikTok Photos” adlı sosial şəbəkə təqdim etməyə hazırlaşırlar.

Azreform.info ” xəbər verir ki, bu barədə “TheSpAndroid” portalı məlumat yayıb.

Android və iOS sistemlərində işləyən qurğular üçün əlçatan olacaq yeni sosial şəbəkənin instaqramın rəqibinə çevriləcəyi bildirilir. “TikTok Photos”un veb versiyasının olub-olmayacağı, eləcə də buraxılış tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, keçmiş ABŞ prezidenti Donald Tramp “TikTok”u ölkəsinin milli təhlükəsizliyinə təhdid adlandırmışdı.