Ukraynanın müdafiəsi uğrunda daha bir azərbaycanlının həlak olduğu bildirilir.
Azreform.info xəbər verir ki, bu barədə jurnalist İdrak Camalbəyli sosial şəbəkə hesabında paylaşım edib.
Tank batolyonunda komandir olan zərdablı Yusifov Eldar Asəf oğlu həyatını itirib.
Jurnalist bildirib ki, bu yaxınlarda Xarkovda yaşayan ailəsinin yaşadığı evə raket düşüb.
“Oradan reportaj hazırlamışdım. Atası Asəf Yusifov oğlunun müharibədə igidliklə vuruşduğundan danışmışdı.
Allah rəhmət eləsin, yaxınlarına səbir versin”, - Camalbəyli yazıb.