Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Azreform.info -a Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən məlumat verilib.
Məhkum Əfləddin Xəyyam oğlu Seyfullazadə ilə qısamüddətli görüşə gəlmiş tanışı Ülviyyə Azərqızı Rzayevanın və azyaşlı Zəhra Fərid qızı Hümbətlinin əşyalarına və üzərilərinə baxış keçirilən zaman Z.Hümbətlinin şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.