Xəzərdə zəlzələ olub

10
Mar
2024
01:21

Xəzər dənizində 3,1 maqnitudalı (Mw) zəlzələ olub.

Azreform.info ” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin verilənlərinə görə, Bakı vaxtı ilə 00:09-da qeydə alınmış zəlzələnin ocağı 25 km dərinlikdə olub.

Təbii hadisənin episentri əhalisi təxminən 1 700 nəfər olan Çilov qəsəbəsindən (eyniadlı adada yerləşir) 86 km şimal-şərqdə yerləşib.