Qubada qız şagirdlər arasında keçirilən basketbol turnirini Zərdabi qəsəbəsinin komandası qazanıb

8
Mar
2024
21:45

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən icra edilən “Basketbolla sağlam ol” qızlar arasında idman yarışlarının təşkili ” layihəsi çərçivəsində Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbində basketbol üzrə turnirə yekun vurulub.

Quba rayonunun Alekseyevka, Dağlı, Hacıhüseynli kənd tam orta, Qaraçay, Zərdabi qəsəbə tam orta, Quba şəhər 2 nömrəli məktəb liseyin və Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin ibarət 8 komandanın iştirak etdiyi turnirin qalibi adını final oyununda Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbinə 7-3 hesabı ilə qalib gələn Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbinin basketbolçu qızları qazanıb.

Turnirin bürünc mükafatına isə Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin qızlardan ibarət komandası sahib çıxıb. Onlar 3-cü yer uğrunda qarşılaşmada Quba rayonu Hacıhüseynli kənd tam orta məktəbinin komandasına 2-1 qalib gəliblər.
Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunub.

Mükafatlandırma mərasimində iştirak edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Ramin Mahmudov layihə rəhbəri Kamran Əlimərdanova bu layihənin icra edilməsinə görə təşəkkürünü bildirərək bu kimi layihələrin qızların idmana olan marağının artırılmasında, eləcə də onların sağlam formalaşmasında müstəsna əhəmyyəti olduğunu qeyd edib.