Azyaşlının ölümü ilə bağlı cinayət işi başlandı

7
Mar
2024
21:14

Kürdəmir xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb.

Azreform.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Kürdəmir rayonu sakini 2019-cu il təvəllüdlü H.N-nin (şərti) “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim müayinəsindən keçməsinə baxmayaraq, müayinələr zamanı ağciyərlərin hemorragik pnevmoniyasının müəyyən edilməməsi və onun həmin xəstəlik səbəbindən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.