Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirlir ki, martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunmuşdur.
Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməmişdir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.