Bitkoində rekord yüksəlmədən sonra KƏSKİN ENİŞ

6
Mar
2024
12:07

2021-ci ilin noyabrından bu yana 69 min dollardan yuxarı qalxa bilməyən bitkoin dünən yeni rekordunu qırıb.

Azreform.info xəbər verir ki, bitkoinin qiyməti 69 min 322 dollara yüksəlib.

Bunun ardından dyəri 10%-dən çox kəskin eniş nümayiş etdirərək 60 min dollara düşüb. Belə ki, son 24 saat ərzində bitkoin 60-69 min dollar aralığında ticarət olunub.

Aparıcı kriptovalyuta hazırda 66 min dollara ticarət olunur.

Könül
Azreform.info