Çörək şirkətinin rəhbərliyi seçiləcək

6
Mar
2024
09:07

“Xətai Çörək” ASC-nin Müşahidə Şurasının üzvləri və sədri seçiləcək.

Azreform.info ”ın məlumatına görə, bu barədə qərar cəmiyyətin aprelin 26-da  keçiriləcək səhmdarlarının növbəti illik ümumi yığıncağında veriləcək.

Yığıncaqda cəmiyyətin 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı, İdarə Heyətinin üzvlərinin seçilməsi və Təftiş Komissiyasının yaradılması məsələləri müzakirə ediləcək.

Könül
Azreform.info