Samuxda 73 yaşlı kişi intihar edib

5
Mar
2024
23:35

Samux rayonunda intihar hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Qarayeri qəsəbəsində, 1951-ci il təvəllüdlü Feyruz Meyxoş oğlu Namivar özünü asaraq intihar edib.

Onun uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.