Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb

5
Mar
2024
20:21

Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.

Azreform.info xəbər verir ki, Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında keçirilən görüşün yekunlarına dair turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.