Abşeron Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Arzu Bədəlovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Arzu Bədəlova üç il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd edək ki, A.Bədəlovanın səhlənkarlıq etməkdə təqsirləndirildiyi hadisə 2022-ci il yanvarın 4-də Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayon sakini A.Orucəliyeva gecə saat 3 radələrində xəstəxanaya daxil olub. Günorta saat 14 radələrində isə körpə ölü doğulub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi əsasında doğuşu həyata keçirən həmin xəstəxananın həkim-ginekoloqu Arzu Bədəlova istintaqa cəlb olunub.
Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.