“Trendyol” sifarişlərinə görə sosial yardım kəsilir? - AÇIQLAMA

5
Mar
2024
13:42

Azərbaycanda onlayn alışların ünvanlı sosial yardımların müəyyən olunmasına təsir etdiyi deyilir.

Azreform.infoxəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilir ki, onlayn sifarişlərin məbləği əsasında ailənin xərclərinin gəlirlərindən yüksək olduğu müəyyən edilir və bunun əsasında sosial yardımın verilməsi dayandırılır.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili “Azreform.infoa açıqlamasında bildirdi ki, onlayn sifarişlər vətəndaşın şəxsi işidir və bunun ölçü meyarı yoxdur: “Ailə gəlir və xərcləri barədə məlumatı özü qeyd edir. Həmçinin şəxs kommersiya fəaliyyəti ilə məşğul olduqda da bunu bəyan etməlidir. Lakin sosial yardımın müəyyən olunmasının şəxsi istifadə üçün onlayn alış-veriş və “Trendyol” ilə əlaqəsi yoxdur. Ümumilikdə, “Trendyol”dan sifarişlərə görə sosial yardımın kəsilməsindən söhbət gedə bilməz ”. 

Könül
Azreform.info