O ərazilərimizi azad etməliyik, cənublu soydaşlarımıza müraciət edirəm - Fəzail Ağamalı

5
Mar
2024
11:35

Nə qədər ki Ermənistan yenidən silahnamayıb, biz hələ də işğal altında olan kəndlərimizin azad edilməsi istiqamətində konkret addımlar atmalıyıq.

Azreform.info xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentin bu gün keçiirlən plenar iclasında çıxışı zamanı deyib.

“Bu gün vəziyyət xoşagələn deyil və gərgindir. Ona görə də biz Ermənistanın işğal altında olan səkkiz kəndimizi hərbi əməliyyatlar vasitəsi ilə azad etməliyik”, - Fəzail Ağamalı deyib.

O eyni zamanda Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza müraciət edərək bildirib ki, Vətən müharibəsində olduğu kimi eyni mövqeyi sərgiləməlidirlər: “Cənublu soydaşlarımız İran vasitəsilə Ermənistana göndərilən silahların qarşısını almaq istiqamətində iradəsini ortaya qoyub fədakarlıq nümayiş etdirsinlər”.

Mürtəza
Ölkə.A