Bakıda Nuru Paşaya abidə ucaldılsın - Deputatdan çağırış

5
Mar
2024
11:21

“Bu il Bakının erməni daşnaklarından təmizlənməsində, azad edilməsində müstəsna rolu olan Qafqaz İslam Ordusunun  komandanı Nuru Paşanın anadan olmasından 135 il keçir. Bakının və Azərbaycanın erməni daşnaklarından təmizlənməsindən 75 il ötür. Artıq zaman yetişib ki, Nuru Paşanın adının əbədiləşdirilməsi istiqamətində konkret addımlar atılmalıdır”.

Azreform.info xəbər verir ki, belə bir təkliflə deputat Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Deputat təklif edib ki, Bakının görkəmli yerlərinin birində Nuru Paşanın abidəsi ucaldılsın. “Ümumiyyətlə Nuru Paşanın adının əbədiləşdirilməsi istiqamətində addımlar atılmalı, küçə adı verilməlidir”, - deputat qeyd edib.

Mürtəza
Azreform.info