Bitkoin 2021-ci ildən bəri ilk dəfə 68 dolları ötdü

5
Mar
2024
10:42

Bitkoinin qiyməti 68 min 300 dollara qədər yüksəlib.

Azreform.info ın məlumatına görə, bu rəqəm 2021-ci ilin noyabrından bəri ən yüksək səviyyə kimi qeydə alınıb.

Etereum isə 3500 dollardan ticarət olunub.

Kriptovalyuta bazarının ümumi dəyəri 2,44 trilyon dollar olaraq qeydə alınıb. Bazar 2 trilyonluq limiti isə sonuncu dəfə 2022-ci ilin aprelində aşıb.

Qeyd edək ki, bitkoin son 2 ayda 50% dəyər qazanıb, son 12 ayda isə artım 200%-ə yaxınlaşıb.

Xatırladaq ki, bitkoin 2021-ci ilin noyabrında tarixi zirvəsinə 69 min dollara çatıb.