Göyçay rayonunda ağır yol qəzası olub, ölən və yaralananlar var.
İqtisadiyyat.az xəbər verir ki, hadisə Müskürlü kəndi ərazisində baş verib.
1990-cı il təvəllüdlü Bağırov Xəqani Elman oğlu idarə etdiyi "Kia Sportage" markalı avtomobili aşırıb.
Nəticədə sürücü, avtomobildə olan sərnişinlər 1991-ci il təvəllüdlü Gülməmmədov Asif Hafiz oğlu, 1991-ci il təvəllüdlü Əsgərov Elçin Rövşən oğlu ölüb, digər sərnişin 1993-cü il təvəllüdlü Həsrətli Mahmud Namiq oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.